BİZ KİMİK

Biz Kimik?

Devtech — proqram təminatı studiyasıdır. 2018-ci ildən fəaliyyət göstəririk və bu müddətdə 80+ hazır məhsul çatdırmışıq. Biz veb saytlar, mobil tətbiqlər və biznes idarəetmə sistemləri qururuq. Agentlik yox — ideyadan canlı məhsula qədər bütün mərhələləri öz üzərinə götürən mühəndis komandasıyıq.

Nə edirik? Biz sadəcə sayt və ya tətbiq yığmırıq. Biznesinizi anlayır, problemə uyğun arxitektura seçir, kod yazır, test edir, serverə qoyur və illər boyu dəstək veririk. CRM, POS, sadiqlik proqramları, sifariş sistemləri, turizm və xidmət mərkəzləri üçün hazır həllərimiz var — sıfırdan yazmadan günlər içində işə sala bilərsiniz.

Kimlərlə işləyirik? Startapçılar, kiçik və orta biznes sahibləri, mövcud sistemi genişləndirmək istəyən şirkətlər. Portfolionuzda görəcəyiniz layihələr həqiqi müştərilər üçün hazırlanıb və bu gün də canlı işləyir.

Niyə Devtech? Hər layihəni təcrübəli mühəndis idarə edir. Hər sətir kod yoxlanılır. Təsvir sadədir, qiymət aydındır, müddət realdır. Təhvil verdikdən sonra da əlaqəyə hazırıq — böyümək istədiyiniz hər addımda yanınızdayıq.

2018 Fəaliyyət ili
80+ Portfolio
10+ Hazır məhsul