Yağ dəyişmə və sürətli servis mərkəzləri üçün tam sistem. Maşın gələndən çıxana qədər hər şey qeydiyyatda — hansı maşına, nə vaxt, hansı yağ, hansı filtr qoyulub.
Niyə lazımdır?
- Müştərinin maşınına nə vaxt, nə qoyduğunuzu axtarmağa ehtiyac qalmır — sistem yadda saxlayır.
- Sürücüyə növbəti yağ dəyişmə vaxtı yaxınlaşanda SMS/WhatsApp xatırlatma göndərilir — yenidən gəlirlər.
- Anbar dəqiq işləyir — hansı yağdan neçə litr qalıb, hansını almaq lazımdır.
- Ustaların işi görünür — kim neçə maşına xidmət göstərib.
Əsas funksiyalar
- Maşın bazası. Nömrə, marka, model, VIN-in bir hissəsi. Növbəti dəfə eyni nömrəni yazanda tarixçə açılır.
- Xidmət tarixçəsi. Hər maşının hansı tarixdə, hansı yağla, neçə km-də servisi olduğu bir ekranda.
- Yağ və filtr kataloqu. Marka, həcm, təyinat. Maşın markasına görə uyğun olanlar görünür.
- Çek və qaimə. Xidmətin sonunda avtomatik çap; müştəri istəsə WhatsApp-a elektron versiyası gedir.
- Anbar və gəlir-çıxar. Yağ, filtr — hər məhsulun qalığı real-vaxt.
- Sürücü bazası və sadiqlik. Daimi müştəriyə endirim, 5-ci servisdə pulsuz və bənzər aksiyalar.
- Xatırlatma. Km və ya tarix əsasında avtomatik SMS/WhatsApp.
- Hesabat. Günlük qazanc, ən çox satılan yağ, usta performansı.
- Çoxfilial. Bir neçə servis varsa — hər biri ayrı, cəmi birlikdə.
Müştəri təcrübəsi
Sürücü ikinci dəfə gələndə heç nə izah etməyə ehtiyac yoxdur — nömrə yazılır, keçən dəfə nə qoyulduğu, nə vaxt, neçə km-də — hamısı ekrandadır. Bu kiçik rahatlıq müştərini daimi müştəriyə çevirir.
Avadanlıq
Toxunma ekranlı komputer və ya tablet, çek printeri. Mövcud avadanlığınız varsa — çox güman uyğundur.
Harada quraşdırılır?
Buludda və ya öz serverinizdə — hansı daha rahatdırsa. Mobil tətbiq ilə sahibkar və usta hər şeyi telefondan da görə bilər.
Müddət və qiymət
Standart quraşdırma 1–2 həftə — mövcud maşın bazası (varsa) migrasiya olunur, işçilərə təlim keçilir. Qiymət birdəfəlikdir, aylıq ödəniş yoxdur.